Operativ Məlumat Mərkəzi

Yunanıstanda meşə yanğını baş verib, ölən var

1 dəq
Paylaş:
Yunanıstanda meşə yanğını baş verib, ölən var

Yunanıstanda davam edən meşə yanğıları nəticəsində bir nəfər vəfat edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu haqda "ERT" məlumat yayıb.

Belə ki, paytaxt Afinadan 120 kilometr uzaqlıqda yerləşən Viotia bölgəsindəki meşədə baş verən yanğın səbəbiylə iki yaşayış məntəqəsi boşaldılıb.

Baş verən yanğın zamanı 9 ev və 1 kilsə tamamilə yanıb, bir sıra binalara ziyan dəyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər