“Yüksəliş” müsabiqəsinin final mərhələsinin rəsmi açılış mərasimi olub

“Yüksəliş” müsabiqəsinin final mərhələsinin rəsmi açılış mərasimi olub
19.07.2024 15:33
Aa
dəq

“Bakı Ekspo Mərkəzi”ndə dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsinin rəsmi açılış mərasimi olub.

"Operativ Məlumat Mərkəzi-OMM"  xəbər verir ki, açılış mərasimində “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvləri - iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov və bir sıra qonaqlar iştirak edib.

Gənclər və idman nazirinin müavini, İşçi Qrupunun rəhbəri Fərhad Hacıyevin açılış nitqi ilə start götürən tədbir Təşkilat Komitəsi üzvlərinin və qonaqların çıxışları ilə davam edib.

Naitqlər açılış çıxışlarında dördüncü dəfə keçirilən “Yüksəliş” müsabiqəsinin əhəmiyyətindən və potensiallı kadrlar üçün yaratdığı imkanlardan danışıb, müsabiqənin gənclərin inkişafında və onların liderlik bacarıqlarının artırılmasında mühüm rol oynadığını vurğulayıblar.

Qeyd edək ki, 118 nəfərin mübarizə aparacağı final mərhələsi 3 gün davam edəcək və 21 iyulda yekunlaşacaq. Ötən illərdən fərqli olaraq bu il finalda iştirakçılar ekspertlər tərəfindən “İdarəçi rollar modeli” üzrə qiymətləndiriləcəklər.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

Həftənin ən çox oxunanları

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək
DAVAMIN OXU davamın oxu

Üç kollecə direktor təyin olunub - SİYAHI

Üç kollecə direktor təyin olunub - SİYAHI
DAVAMIN OXU davamın oxu

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
DAVAMIN OXU davamın oxu

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Şəhri-Gürganda XIX əsrə aid iki batmış gəminin qalıqları tapılıb

Şəhri-Gürganda XIX əsrə aid iki batmış gəminin qalıqları tapılıb
DAVAMIN OXU davamın oxu