Əsas məzmuna keç

Yevlaxda su hövzəsinə çirkab suyu axıdan şəxs cərimələnib

Yevlaxda su hövzəsinə çirkab suyu axıdan şəxs cərimələnib

Yevlaxda su hövzəsinə çirkab suyu axıdan şəxs cərimələnib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə...

Yevlaxda su hövzəsinə axıdan şəxs cərimələnib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, Rayon Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbir keçirilib. Tədbir zamanı çirkab suyunun su hövzəsinə axıdılması, eləcə də məişət tullantılarının su hövzəsinin kənarında qalaqlanması faktı aşkar edilib.

Qeyd olunan faktla bağlı bir nəfər inzibati məsuliyyətə cəlb edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 264.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə) maddəsinə əsasən protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…