Yevlax rayonu ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, hadisə Yevlax-Bərdə yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "LADA 012" markalı avtomobillə "Renault" markalı avtomobilin toqquşub.
Nəticədə "LADA" markalı avtomobildə olan 2 nəfər qadın xəsarət alıblar.
Yaralılar Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.