Terrorçuların Yerusəlimin girişindəki avtobus dayanacağına hücumu nəticəsində azı 3 nəfər ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, terror aktı nəticəsində azı 8 nəfər yaralanıb.
***
Yerusəlimin girişində atışma nəticədə 1 nəfər ölüb, azı 8 nəfər yaralanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Atışmanı törətməkdə şübhəli bilinən iki nəfər zərərsizləşdirilib. Qeyd edilib ki, hadisə şəhərinin girişindəki Veyçman bulvarında baş verib. İki zərərçəkənin vəziyyətinin ağır olduğu bildirilib.