Operativ Məlumat Mərkəzi

Yermak Blinkenlə görüşdü - FOTO

1 dəq
Paylaş:
Yermak Blinkenlə görüşdü - FOTO
bu barədə Yermak öz Teleqram kanalında məlumat yayıb. Qeyd edilib ki, tərəflər “qələbə planı”nı müzakirə ediblər. Tərəflər cəbhədəki vəziyyəti və...

Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Yermak öz Teleqram kanalında məlumat yayıb.

Qeyd edilib ki, tərəflər “qələbə planı”nı müzakirə ediblər.

Tərəflər cəbhədəki vəziyyəti və dondurulmuş Rusiya aktivlərinin Ukrayna tərəfindən istifadə imkanlarını da müzakirə ediblər.

Bundan əlavə, Ukraynanın hərbi potensialının gücləndirilməsi istiqamətində gələcək addımlar, Rusiyaya qarşı sanksiyalar rejiminin gücləndirilməsi və “sülh formulu”nun həyata keçirilməsi üçün ABŞ-ın diplomatik səylərinin cəlb edilməsi məsələləri nəzərdən keçirilib.

Ермак встретился с Блинкеном: обсудили План победы и замороженные активы рф | УНН

Bu xəbəri paylaş

Oxşar xəbərlər