Əsas məzmuna keç

Yəməndə husilərlə İŞİD silahlıları arasında ağır toqquşma olub

Yəməndə husilərlə İŞİD silahlıları arasında ağır toqquşma olub

bu barədə husilərə məxsus “Saba” agentliyi təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, təhlükəsizlik qüvvələri Sənanın...

Üsyançı husilərin “ ” hərəkatının təhlükəsizlik qüvvələri, Səna da daxil olmaqla, Yəməndə aktlar törətməyi planlaşdıran İŞİD silahlılarını zərərsizləşdirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə husilərə məxsus “Saba” agentliyi təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik qüvvələri Sənanın cənubunda yerləşən Əl-Beyda əyalətində əməliyyat keçirib, nəticədə İŞİD komandirləri zərərsizləşdirilib. Qruplaşma Yəmənin paytaxtı və bir neçə əyalətdə kamikadzelərin də iştirak edəcəyi bir sıra terror aktları törətməyə hazırlaşırmış.

Bundan əlavə, agentliyin mənbəsi və Böyük Britaniya kəşfiyyatını radikal elementləri Əl Beyda əyalətinin rayonlarından birinə köçürməkdə günahlandırıb. Qeyd olunub ki, onlar orada cinayət fəaliyyəti ilə məşğul olublar, o cümlədən kənd sakinlərindən birini öldürüblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…