Operativ Məlumat Mərkəzi

Yekaterinburqda yol qəzasında 4 nəfər ölüb

1 dəq
Paylaş:
Yekaterinburqda yol qəzasında 4 nəfər ölüb
bu barədə Rusiya Federasiyasının Sverdlovsk vilayəti üzrə Dövlət Yol Müfəttişliyinin mətbuat xidməti məlumat yayıb. “Qəza nəticəsində avtomobilin...

Rusiyanın Yekaterinburq şəhərində yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Sverdlovsk vilayəti üzrə Dövlət Yol Müfəttişliyinin mətbuat xidməti məlumat yayıb.

“Qəza nəticəsində avtomobilin sürücüsü 19 yaşlı kişi və onun üç sərnişini hadisə yerində keçiniblər. Yük maşınının sürücüsü xəsarət almayıb”, – məlumatda bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər