Yay aylarında necə qidalanmaq lazımdır? - HƏKİM MƏSLƏHƏTİ

Yay aylarında necə qidalanmaq lazımdır? - HƏKİM MƏSLƏHƏTİ
07.08.2024 15:12
Aa
dəq

Sağlam orqanizmə sahib olmaq üçün düzgün qidalanma əsas şərtdir. Qida rasionunun düzgün təşkili zamanı zərərli vərdişlərin olmamasına və vitaminlərlə zəngin qidaların qəbul edilməsinə xüsusi diqqət yetirməliyik. İlin hər bir fəslinə uyğun qidalanma rejimi olmalıdır. Məsələn qış aylarında isti yeməklərə, ət xörəklərinə, payızda vitaminli qidalara üstünlük verilir. Bəs yayda necə, yay fəslinin də öz qida rasionu var?

Məsələ ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan dietoloq-həkim Leyla Zülfüqarlı deyir ki, yayda daha çox maye qəbul etmək lazımdır. Əsasən tərkibində şəkər deyil də, su tutan tərəvəzlər, meyvələr qəbul etmək lazımdır.

Dietoloq-həkim qeyd edib ki, məsələn burda həmən ağıla qarpız gəlirsə, qarpız da sulu bir giləmeyvədir, ancaq şəkər xəstəsi olanlara həddən artıq çoxdur deyə qarpızı bir dilimdən çox yemək olmaz. Bu da hər gün tövsiyə olunmur.

"İçi sulu xiyar, pomidor, gavalı, nektarin, giləmeyvələr, ərik və s. kimi bu növ meyvə və tərəvəzlər günün birinci yarısında yeyilə bilər. Digər hissədə bol maye, bitki çayları, qatıq (əsasən ayran şəklində), həmçinin göyərtilərdən bol-bol istifadə etmək lazımdır. Əsasən yayda ağır yeməklər yeyilmir, ancaq təklif olunardı ki, bitki tərkibli proteinlər paxlalar qrupundan lobya, ət məhsullarından toyuq, quş ətləri yeyilməsi məsləhət görülür".

Mütəxəssis ət məhsullarından danışarkən, söylənilən yanlışlıqlar barədə də məlumat verərək qeyd edib ki, ət məhsullarından mal və balıq əti çox strateji məsələdir. Çünki, əvvəllər bildirilmişdi ki, “r” hərfi olmayan aylarda balıq yeyilməz. Bu çox yanlış fikirdir. Yəni, yay aylarında da balıq yeyilə bilər. Mal ətinə gəldikdə isə, tərəvəzlərlə birgə yeyilməsi məsləhət görülür.

Bəs pəhrizdə nələrə diqqət yetirməliyik?

"Biz millət olaraq qara çayı çox istifadə edirik. Təklif edirəm ki, qara çayı azaltmağın tam zamanı məhz yay aylarıdır. Yay aylarında bitki çaylarına keçid etməkdir. Həmçinin çərəzlərdən qoz-fındıq, badam proteinə olan ehtiyacımızı lazımınca ödəyir".

Aminə Nəzərova

İftarda nə yeyək ki, kökəlməyək? - Dietoloqdan FAYDALI MƏSLƏHƏTLƏR Pravda.az

Həftənin ən çox oxunanları

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacların qarşısı necə alınmalıdır?

Bakıda tıxacların qarşısı necə alınmalıdır?
DAVAMIN OXU davamın oxu

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu