Əsas məzmuna keç

Yaşayış minimumu və ehtiyac meyarı artırılır

Yaşayış minimumu və ehtiyac meyarı artırılır

2025-ci ildə yaşayış minimumu və ehtiyac meyarının həddi 285 manat olacaq. Bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan...

2025-ci ildə yaşayış minimumu və meyarının həddi 285 manat olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “ Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində öz əksini tapıb.

Layihələrə əsasən, yaşayış minimumu və ehtiyac meyarı 2024-cü illə müqayisədə 5,5 faizdən çox artırılaraq 270 manatdan 285 manata çatdırılır.

2025-ci ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 305 manat olacaq. Yaşayış minimumu pensiyaçılar üçün 232 manat, uşaqlar üçün isə 246 manat proqnozlaşdırılır.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Qeyd edək ki, 2024-cü il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…