Operativ Məlumat Mərkəzi

Yaşar Gülər İraqda yeni əməliyyatın anonsunu verib: Bu yay terror problemi ortadan qalxacaq

1 dəq
Paylaş:
Yaşar Gülər İraqda yeni əməliyyatın anonsunu verib: Bu yay terror problemi ortadan qalxacaq

Prezidentimizin cızdığı çərçivəyə uyğun olaraq bu yay İraq sərhədimizi təmin edəcək dairəni tamamlayacağıq və terror problemini aradan qaldıracağıq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər jurnalistlərə açıqlamasında deyib.

O, sərhədlər xaricində yeni əməliyyatların başlanacağını istisna etməyib: “Bunun üçün kimsədən icazə almayacağıq. Artıq Türkiyə terrorla mübarizədə yeni bir səhifə açmalıdır. Prezidentimiz də belə düşünür. Ən qısa zamanda bu işi bitirib, Türkiyəni terror bəlasından xilas edəcəyik. Son 5-6 ildir ki mübarizə aparırıq”.

Nazir bildirib ki, ABŞ İŞİD-lə mübarizə adı ilə PKK/YPG/SDG terror təşkilatlarını dəstəkləməyə davam edir: “Bir terror təşkilatı ilə mübarizə aparmaq üçün başqasından istifadə etmək doğru deyil. Bunun bəhanəsi yoxdur. İŞİD-lə mübarizə aparan tək ordu Türkiyə Silahlı Qüvvələridir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər