Operativ Məlumat Mərkəzi

Bu gün Rusiya vətəndaşları Gəncədə səs verəcəklər

2 dəq
Paylaş:
Bu gün Rusiya vətəndaşları Gəncədə səs verəcəklər

Bakıdan uzaqda Azərbaycan ərazisində daimi və ya müvəqqəti yaşayan Rusiya vətəndaşları martın 10-da respublikanın ikinci böyük şəhəri Gəncədə keçiriləcək Rusiya prezidenti seçkilərində erkən səsvermədə iştirak edə bilərlər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

“Paytaxt rayonundan xeyli aralıda yerləşən Rusiya Federasiyası vətəndaşlarının rahatlığı üçün Gəncə şəhərində erkən səsvermə imkanı təmin edilib. 10 mart 2024-cü il saat 10:00-dan 18:00-dək qədər şəhər administrasiyasında səs vermək mümkündür”, – məlumatda deyilir.

Martın 17-də isə Azərbaycanda bir seçki məntəqəsi fəaliyyət göstərəcək və bu məntəqə Rusiyanın Bakıdakı səfirliyinin konsulluq şöbəsinin binasında açılacaq.

Səsvermə yerli vaxtla saat 08:00-dan 20:00-dək ​​keçiriləcək. Rusiya vətəndaşları etibarlı xarici və ya daxili pasport təqdim etməklə səs verə biləcəklər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər