Yaponiyanın baş naziri FumioKişida ictimai tədbirdən təxliyyə edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisəyə səbəb tüstü bombası olub.
Belə ki, nazirin Vakayamada baş tutacaq açıq hava tədbirindən öncə partlayış səsləri eşidilib. Şahidlərin bildirdiyinə əsasən ətrafda tüstü müşahidə olunub.
Hadisədən sonra dərhal nazir ərazidən təxliyə edilib.
Xatırladaq ki, Vakayamada bir nəfər şübhəli şəxs saxlanılıb.