Yaponiyanın şimalındakı Hokkaydo sahilində güclü zəlzələ baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ABŞ Geoloji Xidmətindən (USGS) məlumat verilib.
Məlumata əsasən, sözügedən zəlzələ yerin 39.3 kilometr dərinliyində baş verib. 5.8 bal gücündə olan bu zəlzələdən sonra əhaliyə tsunami xəbərdarlığı edilməyib.