Operativ Məlumat Mərkəzi

Yaponiya və Çin təhlükəsizliklə bağlı danışıqlar aparacaq

1 dəq
Paylaş:
Yaponiya və Çin təhlükəsizliklə bağlı danışıqlar aparacaq
bunu Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Cənubi Koreyada çinli həmkarı Van İ ilə görüşdən sonra deyib. Nazirlər arasında danışıqlar...

Yaponiya və Çin yaxın gələcəkdə təhlükəsizlik məsələləri ilə bağlı danışıqlar aparmağa ümid edirlər.

"Operativ Məlumat Mərkəzi-OMM" “Reuters”ə istinadən xəbər verir ki, bunu Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Cənubi Koreyada çinli həmkarı Van İ ilə görüşdən sonra deyib.

Nazirlər arasında danışıqlar Y.Kamikavanın sentyabrda Yaponiyanın xarici işlər naziri təyin edilməsindən sonra iki yüksək səviyyəli diplomat arasında ilk görüş olub: “Biz təsdiq etdik ki, bir sıra məsələlər üzrə daha sıx ünsiyyətə sadiqik və yaxın gələcəkdə təhlükəsizlik məsələləri ilə bağlı danışıqlar aparacağımıza ümid edirik”.

Yaponiya və Çin iqtisadiyyatla bağlı yüksək səviyyəli danışıqlara çalışacaqlarını söyləyən Kamikava, hələ bir tarixin təyin olunmadığını əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər