KXDR ballistik raket buraxıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Yaponiya sahil mühafizəsi məlumat yayıb.
Məlumata görə, raket artıq düşüb. Onun növü haqqında hələ heç bir məlumat verilməyib.
NHK telekanalı raketin Yaponiyanın müstəsna iqtisadi zonasından kənarda düşdüyünü bildirib.