Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Yaponiya hərbi təcavüzünün tarixini yenidən nəzərdən keçirməlidir"

2 dəq
Paylaş:
"Yaponiya hərbi təcavüzünün tarixini yenidən nəzərdən keçirməlidir"

Çin Yaponiyanı konstitusiya dəyişiklikləri ilə bağlı ehtiyatlı olmağa çağırıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian konfransında tərəfinin siyasəti ilə bağlı açıqlama verib.

Diplomat jurnalistin Yaponiyanın Sanae Takaiçinin “Çin təhlükəsi”nə qarşı mübarizə aparmaq məqsədilə Özünümüdafiə Qüvvələrinin tam hüquqlu ordu statusunun konstitusiyada təsbit edilməsi niyyəti barədə sualını cavablandırarkən bildirib ki, Yaponiya hərbi təcavüz tarixini yenidən nəzərdən keçirməli və konstitusiyaya dəyişiklik edərkən son dərəcə ehtiyatlı davranmalıdır.

Lin Jian vurğulayıb ki, Yapon militarizmi keçmişdə region və dünya üçün ciddi fəlakətlərə səbəb olub. Onun sözlərinə görə, Çin Yaponiya tərəfini ölkə daxilində sülhü müdafiə edən səslərə qulaq asmağa və real addımlarla Asiya qonşularının etimadını qazanmağa çağırır.

Nazirlik sözçüsü həmçinin qeyd edib ki, Qahirə və Potsdam Bəyannamələrində əksini tapan öhdəliklərə əməl olunması İkinci Dünya Müharibəsində məğlub olmuş Yaponiya üçün “ birliyə qayıdışın siyasi və hüquqi ilkin şərti” hesab olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax