Əsas məzmuna keç

Yanvarın 22-də Azərbaycanda hava əsasən yağmursuz keçəcək

Yanvarın 22-də Azərbaycanda hava əsasən yağmursuz keçəcək

Azərbaycanda yanvarın 22-də hava şəraitinin əsasən yağmursuz olacağı proqnozlaşdırılır. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd...

en ru

Azərbaycanda yanvarın 22-də hava şəraitinin əsasən yağmursuz olacağı proqnozlaşdırılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Bakıda və yarımadasında hava buludlu olacaq, bəzi vaxtlar tutulsa da, əsasən yağıntısız keçəcəyi gözlənilir. Bölgədə cənub-qərb küləyi üstünlük təşkil edəcək.

Havanın temperaturu gecə saatlarında 0–3 dərəcə , gündüz isə 5–8 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqinin 770 mm civə sütunundan 763 mm civə sütununa enəcəyi bildirilir. Nisbi rütubət gecə 80–85 faiz, gündüz saatlarında isə 55–65 faiz səviyyəsində olacaq. Gecə və səhər saatlarında yollarda buzlanma ehtimalı var.

Ölkənin rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı ərazilərdə arabir duman müşahidə olunacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3–7 dərəcə şaxta, gündüz 4–7 dərəcə isti olacaq. Dağlıq bölgələrdə gecə 5–10 dərəcə, yüksək dağlıq ərazilərdə isə 17–22 dərəcə şaxta, gündüz saatlarında 2–6 dərəcə şaxta qeydə alınacaq.

Sinoptiklər ölkə üzrə gecə və səhər saatlarında yolların buz bağlayacağı ilə bağlı sürücülərə diqqətli olmağı tövsiyə edirlər.

Hava proqnozu

11° Bakıda indiÇiskin
  1. Bu gün Arabir yağış 12° 8° yağış 82%
  2. Sabah Günəşli 13° 9° yağış 36%
  3. Birisi gün Az buludlu 16° 12°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…