Əsas məzmuna keç

Yamal “Barselona”nın APL-dən müdafiəçi almasını istəyir

Yamal “Barselona”nın APL-dən müdafiəçi almasını istəyir

Lamin Yamal İspaniya millisində birlikdə oynadığı Pedro Porro ilə “Barselona”da da sağ cinahda tandem qurmaq istəyir. “Tottenhem” müdafiəçisinin transferi təxminən 70 milyon avroya başa gələ bilər.

en ru

“”nın “”in müdafiəçisi Pedro Porronu transfer etməsini istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" “El Nacional” nəşrinə istinadən xəbər verir ki, Yamal və Porro İspaniya millisində sağ cinahda effektiv qarşılıqlı əlaqə qururlar.

27 yaşlı müdafiəçinin “Barselona”da da komanda yoldaşına daha çox hücum azadlığı verə biləcəyi bildirilir.

Porro Yamala nə verə bilər?

Mənbənin məlumatına əsasən, Porro hücumlara mütəmadi qoşulan, aqressiv oynayan və cinahda genişlik yaradan futbolçudur. Bu xüsusiyyətlərin Yamalın hücumdakı imkanlarını artıracağı, xüsusilə rəqibin dərin müdafiə olunduğu matçlarda “Barselona”ya kömək edə biləcəyi qeyd olunur.

Pedro Porronun yanvar ayında “Tottenhem”dən ayrılmağa hazır olduğu iddia edilir. Transfer məbləğinin təxminən 70 milyon avro olacağı gözlənilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…