Əsas məzmuna keç

“Xüsusi icra məmurları haqqında” Qanun təsdiqlənib

“Xüsusi icra məmurları haqqında” Qanun təsdiqlənib

“Xüsusi icra məmurları haqqında” Qanun təsdiqlənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı İlham müvafiq imzalayıb.

Qanuna əsasən xüsusi icra bu Qanunda nəzərdə tutulmuş məhkəmələrin və qanunla icrası icra məmurlarına həvalə edilmiş digər orqanların sənədlərinin (bundan sonra – icra sənədləri) icrasını həyata keçirmək üçün xüsusi icra məmuru şəhadətnaməsi (bundan sonra – şəhadətnamə) almış fiziki şəxsdir.
Xüsusi icra məmuru məcburi icra orqanı statusuna malikdir, fəaliyyətini peşəkar əsaslarla həyata keçirir. Xüsusi icra məmuru dövlət hakimiyyətinin nümayəndəsi hesab edilmir.
Xüsusi icra məmurunun fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunmur.

Xüsusi icra məmurunun fəaliyyətinin hüquqi əsaslarını Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları təşkil edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…