Türkiyə Avropa İttifaqına (Aİ) üzvlüyə namizədddir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xorvatiya xarici işlər naziri Qordan Qrlic Ankarada türkiyəli həmkarı Hakan Fidanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, rəsmi Ankara Aİ-nin açar dövlətidir.
Qeyd edək ki, Türkiyə Aİ-yə daxil olmaq üçün uzun müddətdir mübarizə aparır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bildirmişdi ki, Türkiyə İsveçin NATO-ya üzvlüyünü rəsmi Ankaranın Aİ-yə üzvlüyünə yaşıl işıq yandıracağı təqdirdə təsdiqləyəcək.