Xorvatiya parlamenti hökumətin tələbi ilə səsvermədən sonra buraxılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, Paytaxt Zaqrebdə parlament binasında keçirilən iclasda parlamentin buraxılmasına səs verilib. 151 yerlik parlamentdə iclasda iştirak edən 143 deputatın hamısı buraxılmağa səs verib.
Parlament buraxıldıqdan sonra 60 gündən gec olmayaraq seçkilərin keçirilməsi gözlənilir.
Xorvatiya parlamenti buraxılıb
1 dəq