Əsas məzmuna keç

Xocalıdan məcburi köçkün düşmüş qadın: İki gün meşədə qalandan sonra Ağdama gedə bildik

Xocalıdan məcburi köçkün düşmüş qadın: İki gün meşədə qalandan sonra Ağdama gedə bildik

İyulun 21-də Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Şəhla Talıbova 1988-ci ildə Ermənistandakı dədə-baba yurdlarından deportasiya edildiyini, Şuşa rayonunda məskunlaşdıqlarını, həyat yoldaşının Xocalıda işləməsi ilə əlaqədar ora köçdüklərini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, azərbaycanlılara qarşı təzyiqlər başlayanda avtobusa daş atılması nəticəsində 10 günlük körpəsinin gözünə şüşə qırığı batdığını söyləyib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı zamanı çətinliklə meşəyə qaçdıqlarını, iki gün orada qaldıqdan sonra Ağdama biliklərini deyib. Soyqırımı zamanı onun qayınatası və qayınanası 7 gün girovluqda saxlanılıb. Habelə, digər qohumları girovluqda saxlanılıb, bir qismi isə itkin düşüb.

“Övladlarım ciddi travma alıb. Bakıya qayıdandan sonra qızım ulduzları raketə bənzədirdi. Göydə ulduz görəndə deyirdi ana, raket atırlar, gedək...”, - deyə o əlavə edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…