Əsas məzmuna keç

Xocalıda musiqi məktəbində xeyli sayda avtomat, pulemyot və qumbaraatan aşkarlanıb

Xocalıda musiqi məktəbində xeyli sayda avtomat, pulemyot və qumbaraatan aşkarlanıb

Xocalıda məktəbində silah-sursat aşkarlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Belə ki, Xocalı Rayon Şöbəsinin əməkdaşları tərəfindən rayonun Xanabad kəndi ərazisində yerləşən musiqi məktəbindən 11 ədəd “Kalaşnikov” avtomatı, 3 ədəd “PK” markalı , 3 ədəd “RPQ-7” qumbaraatanı, 10 ədəd mərmisi, 14 ədəd alışdırcısı, 1 ədəd “MUXA” markalı qumbaraatan, 10 “PK” markalı pulemyot sandığı, 1 ədəd “PK” markalı pulemyotun çaxmaq çərçivəli qaz porşeni, 4 ədəd pulemyot qatarı, 35 ədəd darağı, 4 ədəd avtomat nişangahı, 30 ədəd “F1” əl qumbarası, 45 ədəd qumbaraalışdırıcısı, 1 ədəd “M-75” əl qumbarası, 19820 ədəd 5.45 mm-lik və 8050 ədəd 7.62 mm-lik patron aşkarlanıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…