Əsas məzmuna keç

Xocalı Soyqırımı Memorialı Xocalı-Əsgəran avtomobil yolunun üzərində yaradılacaq

Xocalı Soyqırımı Memorialı Xocalı-Əsgəran avtomobil yolunun üzərində yaradılacaq

Xocalı Soyqırımı Memorialı Fondu tərəfindən Xocalı-Əsgəran yolunun üzərində yaradılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Prezidentinin köməkçisi Аnar Ələkbərov İlham Əliyevə Xocalı Soyqırımı Memorialı barədə məlumat verərkən deyib.

Qeyd olunub ki, bu memorialın yaradılması bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.

Memorial müxtəlif bölmələrdən ibarət olacaq. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş faciə, həmçinin Xocalının tarixi, əhəmiyyəti, dinc əhaliyə qarşı törədilmiş faciədən əvvəl Xocalıdakı həyat barədə faktlar yer alacaq. Memorialda Xocalının coğrafi mövqeyini təsvir etmək məqsədilə rayonun maketi də yer alacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…