Əsas məzmuna keç

Xocalı soyqırımı abidəsini dövlət rəsmiləri ziyarət etdilər

Xocalı soyqırımı abidəsini dövlət rəsmiləri ziyarət etdilər

Baş nazir Əli Əsədov, Sahibə Qafarova və Samir Nuriyev 34-cü ildönümdə faciə qurbanlarını anıblar. 1992-ci il qətliamı və 366-cı alayın cinayətləri barədə ətraflı.

en ru

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da , Milli Məclisin sədri , Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, rəsmilər abidənin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib.

Erməni təcavüzkarlarının xalqına qarşı törətdiyi kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib.

Faciə zamanı 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil.

Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…