XİN Rusiya səfirinin sülhməramlılarla bağlı fikrinə münasibət bildirib

XİN Rusiya səfirinin sülhməramlılarla bağlı fikrinə münasibət bildirib
13.02.2024 15:19
Aa
dəq

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 10 noyabr tarixli bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingentinin Azərbaycan Respublikasında qalma müddəti 2025-ci ildə yekunlaşır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Yevdokimovun “İzvestiya” qəzetində dərc edilmiş müsahibəsi ilə bağlı yerli medianın sualına cavabında bildirib.

“Azərbaycan tərəfindən ötən il bölgədə həyata keçirilmiş antiterror tədbirlərindən sonra, sülhməramlı kontingentin gündəlik fəaliyyəti, onların müxtəlif ehtiyacları ilə bağlı mütəmadi görüşlər keçirilməsi və müzakirələr aparılması ehtiyacı yaranıb.

Bununla yanaşı, sülhməramlıların yerləşdiyi ərazilərimizdə Ermənistan silahlı qüvvələri tərəfindən son 3 il ərzində genişmiqyaslı minalanma fəaliyyəti aparıldığı və ərazidə partlamamış hərbi sursat problemi nəzərə alınaraq, bu təhdidlərin aradan qaldırılması istiqamətində birgə səylərin həyata keçirilməsi üzrə məsləhətləşmələr aparılması zərurəti mövcuddur”, - XİN rəsmisi vurğulayıb.

Həftənin ən çox oxunanları

Kral III Çarlz Muxtar Babayevi qəbul edib

Kral III Çarlz Muxtar Babayevi qəbul edib
DAVAMIN OXU davamın oxu

Baş prokuror: Azərbaycan-Türkiyə əlaqələri etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəlib

Baş prokuror: Azərbaycan-Türkiyə əlaqələri etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəlib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq Sazişini təsdiqləyib

Azərbaycan Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq Sazişini təsdiqləyib
DAVAMIN OXU davamın oxu

Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsi təyin edilib

Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsi təyin edilib
DAVAMIN OXU davamın oxu

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib
DAVAMIN OXU davamın oxu