XİN: Fransanın da üzrxahlıq edəcəyini gözləyirik

XİN: Fransanın da üzrxahlıq edəcəyini gözləyirik
02.08.2024 18:42
Aa
dəq

"Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Azərbaycanın rəsmi etiraz məktubuna münasibət bildirilib, "France2" telekanalının səsləndirdiyi qəbuledilməz ifadələrlə bağlı ölkəmizdən üzrxahlıq edilərək, bu ifadələrin Beynəlxalq Olimpiya Komitəsinin idman və Olimpiya Oyunları vasitəsilə təşviqinə çalışdığı prinsiplər və dəyərlərlə bir araya sığmadığı vurğulanıb".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Yay Olimpiya Oyunlarının açılış mərasimində "France 2" telekanalının müxbirinin ölkəmizə qarşı səsləndirdiyi qərəzli fikirlər ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

"Fransanın rəsmi dövlət kanalında səsləndirilmiş və Olimpiya Oyunlarının siyasiləşdirilməsinə xidmət göstərən qərəzli fikirlər Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olduğu və buna məqsədyönlü şəkildə yol verildiyi qənaətindəyik.

Bu baxımdan, məsuliyyət daşıyan tərəfin ilk növbədə Olimpiya Oyunlarının ev sahibi Fransa olması səbəbindən bu ölkənin də üzrxahlıq edəcəyini gözləyir, Azərbaycana qarşı bu kimi addımların gələcəkdə təkrarlanmamasını tələb edirik", - Ayxan Hacızadə bildirib.

Həftənin ən çox oxunanları

Xaricdə yaşayan azərbaycanlı alimlərin Bakıda forumu keçirilir

Xaricdə yaşayan azərbaycanlı alimlərin Bakıda forumu keçirilir
DAVAMIN OXU davamın oxu

Azərbaycan müdafiə naziri Türkiyəyə başsağlığı verib

Azərbaycan müdafiə naziri Türkiyəyə başsağlığı verib
DAVAMIN OXU davamın oxu

Hikmət Hacıyev ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin rəsmisi ilə görüşüb

Hikmət Hacıyev ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin rəsmisi ilə görüşüb
DAVAMIN OXU davamın oxu

Məşhur bəstəkar vəfat etdi - FOTO

Məşhur bəstəkar vəfat etdi - FOTO
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk

Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk
DAVAMIN OXU davamın oxu