Ermənistan günahsız mülki insanların həlak olmasına görə məsuliyyət daşıyır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.
Bildirilib ki, Ermənistanın döşədiyi minaların qurbanlarının sayı 344-ə çatıb.
"Son iki gündə mina partlaması nəticəsində daha bir mülki şəxs yaralanıb. 2020-ci ilin sonundan bəri mina partlaması nəticəsində 65 nəfər həlak olub", - nazirlikdən bildirilib.
Qeyd edək ki, son 2 gündə - fevralın 4-də və 5-də Tərtərdə iki mülki şəxs minaya düşüb.