Operativ Məlumat Mərkəzi

XİN Erməni silahlılarının Azərbaycan ərazilərindən tam çıxarılmasını tələb edib

1 dəq
Paylaş:
XİN Erməni silahlılarının Azərbaycan ərazilərindən tam çıxarılmasını tələb edib
Xarici işlər nazirliyi Erməni qüvvələrinin Azərbaycan ərazilərindən tam çıxarılmasını tələb edir. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-yə XİN-dən...

Xarici işlər nazirliyi Erməni qüvvələrinin Azərbaycan ərazilərindən tam çıxarılmasını tələb edir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-yə XİN-dən məlumat verilib.

"Ermənistan tərəfindən əsassız bəyanatlar vermək əvəzinə, təxribatlardan əl çəkməyi, sülh sazişi üzrə danışıqlara və bölgədə kommunikasiyaların açılması məsələsinə məsuliyyətlə və konstruktiv şəkildə yanaşmağı, qüvvələrinin Azərbaycan ərazilərindən tam çıxarılması daxil olmaqla, Üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərə riayət etməyi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı addımlardan çəkinməyi tələb edirik", - deyə məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər