Əsas məzmuna keç

XİN: Başlıbel faciəsi insanlıq əleyhinə cinayət olaraq unudulmamalıdır

XİN: Başlıbel faciəsi insanlıq əleyhinə cinayət olaraq unudulmamalıdır

Kəlbəcərdə 18 aprel 1993-cü ildə mağaralarda gizlənən dinc sakinlərin qətlə yetirilməsindən 33 il ötür. Bu qanlı qətliamın və etnik təmizləmənin sarsıdıcı təfərrüatları...

en ru

Xarici İşlər Nazirliyi (XİN) Başlıbel faciəsi ilə bağlı paylaşım edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, nazirlik bu barədə "X" hesabında post paylaşıb.

"33 il əvvəl, 18 aprel 1993-cü ildə Kəlbəcərin işğalı zamanı Başlıbel kəndindən olan 18 azərbaycanlı mülki şəxs kəndləri dağıdıldıqdan sonra 18 gün dağ mağaralarında gizləndikləri aşkar edilərək qətlə yetirildi. Daha 14 nəfər isə girov götürüldü. Bu vəhşilik azərbaycanlı mülki əhaliyə qarşı həyata keçirilən sistemli zorakılıq, etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi.

Belə ağır əleyhinə cinayətlər heç vaxt unudulmamalıdır. Biz Başlıbel qətliamı qurbanlarının xatirəsini ehtiramla yad edirik", - paylaşımda qeyd olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…