XİN başçısı ICESCO-nun rəhbəri ilə görüşdə Ermənistanın Azərbaycana vurduğu ziyan barədə məlumat verib - YENİLƏNİB

XİN başçısı ICESCO-nun rəhbəri ilə görüşdə Ermənistanın Azərbaycana vurduğu ziyan barədə məlumat verib - YENİLƏNİB
13.11.2023 22:48
Aa
dəq

Xarici işlər naziri Ceyhun Bayramov Mərakeşə rəsmi səfəri çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüş keçirib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı Azərbaycan ilə ICESCO arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin mövcud olduğu və ölkəmizin müsəlman ölkələri ilə qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın daha da genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyi diqqətə çatdırılıb.

Bu xüsusda, yaxın zamanda ICESCO-nun ölkəmizdə regional mərkəzinin açılmasının vacibliyi vurğulanıb. Bununla yanaşı təşkilatın gündəliyinə daxil olan bir sıra istiqamətlərdə birgə proqram və layihələrin icrası planları nəzərdən keçirilib.

Multikulturalizm və tolerantlıq modeli ilə dünyada tanınan ölkəmizin mədəniyyət beşiyi olan Şuşa şəhərinin 2024-cü il üzrə ICESCO-nun "İslam dünyasının mədəniyyət paytaxtı" seçildiyi məmnunluqla qeyd edilib.

Nazir Ceyhun Bayramov Bakı Prosesi çərçivəsində əməkdaşlığın vacibliyinə toxunaraq ICESCO-nun Mədəniyyətlərarası Dialoq forumlarının təşkilində Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu vurğulayıb və növbəti ildə də Forumun təşkilində ICESCO ilə səmərəli əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.

Regionda baş verən son proseslərə toxunan Nazir, Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş və cari ilin 19-20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində tam nəzarətimizə qaytarılan ərazilərimizdə Ermənistan tərəfindən mədəni və dini irsimizə böyük ziyan dəydiyini diqqətə çatdırıb.

ICESCO-nun baş direktoru Salim əl-Malik cari ilin 2-5 oktyabr tarixlərində ölkəmizə təşkil olunan səfərini və səfər çərçivəsində keçirdiyi yüksək səviyyəli görüşləri məmnunluq hissi ilə qeyd edib. ICESCO-nun ölkəmizlə əməkdaşlığa yüksək dəyər verdiyini vurğulayıb.

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra Salim əl-Malik nazir Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyətini ICESCO-nun baş qərargahında yeni yaradılmış “Peyğəmbərin Yolu” muzeyi ilə tanış edib.

Nazir Ceyhun Bayramov təşkilatın qonaq kitabına ürək sözlərini yazıb.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mərakeşə rəsmi səfəri çərçivəsində ICESCO-nun baş direktoru Salim Əl Məliklə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, tərəflər ikitərəfli əməkdaşlıq gündəliyini və mədəniyyətlərarası tolerantlığın və dialoqun təşviqi üzrə birgə layihələri müzakirə ediblər.

Həftənin ən çox oxunanları

Kral III Çarlz Muxtar Babayevi qəbul edib

Kral III Çarlz Muxtar Babayevi qəbul edib
DAVAMIN OXU davamın oxu

Baş prokuror: Azərbaycan-Türkiyə əlaqələri etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəlib

Baş prokuror: Azərbaycan-Türkiyə əlaqələri etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəlib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq Sazişini təsdiqləyib

Azərbaycan Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq Sazişini təsdiqləyib
DAVAMIN OXU davamın oxu

Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsi təyin edilib

Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsi təyin edilib
DAVAMIN OXU davamın oxu

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib
DAVAMIN OXU davamın oxu