Xəzərdə küləkli hava ilə əlaqədar gəmilər sığınacaqlara çəkilib - FOTO

Xəzərdə küləkli hava ilə əlaqədar gəmilər sığınacaqlara çəkilib - FOTO
21.02.2025 11:42
Aa
dəq

Xəzər dənizi akvatoriyasında müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar təhlükəsizlik məqsədilə gəmilər lövbər dayanacaqlarına və sığınacaqlara çəkiliblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ASCO-nun həm Dəniz Nəqliyyatı, həm də Xəzər Dəniz Neft Donanmasına məxsus gəmiləri hava şəraiti ilə əlaqədar lövbər dayanacaqlarına və sığınacaqlara yan alıblar.

Həftənin ən çox oxunanları