Xəzər dənizi vasitəsilə 29 kiloqram narkotikin Azərbaycana gətirilməsinin qarşısı alınıb

Xəzər dənizi vasitəsilə 29 kiloqram narkotikin Azərbaycana gətirilməsinin qarşısı alınıb
19.03.2024 13:09
Aa
dəq

Xəzər dənizinin cənub istiqamətində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsinin qarşısı alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, DSX-nin Sahil Mühafizəsinin texniki müşahidə məntəqələri tərəfindən aşkarlanmış hədəfin saxlanılması məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sərhəd bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb.

Keçirilmiş tədbirlər nəticəsində Xəzər dənizinin cənub istiqamətində Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində “BA-580” bort nömrəli “Yamaha-25” mühərriklə təchiz edilmiş qayıqda Lənkəran rayon Balıqçılar qəsəbə sakini 1989-cu il təvəllüdlü Ağayev Cəfər Bahadır oğlu sahilə yan alarkən sərhəd naryadı tərəfindən saxlanılıb.

Qayığa baxış zamanı yeddi bağlamada ümumi çəkisi 29 kiloqram 715 qram narkotik vasitə marixuana, “Baikal” ov tüfəngi, iyirmi dörd ədəd patron, həmçinin “Garmin” GPS cihazı, “Samsung Galaxy A5” və “KGTEL” markalı mobil telefonlar aşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Həftənin ən çox oxunanları

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir
DAVAMIN OXU davamın oxu

Bakıda iki yol qəzası baş verib, sıxlıq yaranıb

Bakıda iki yol qəzası baş verib, sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə məşqi keçirib
DAVAMIN OXU davamın oxu

Axtarışda olan şəxs hava limanında saxlanılıb

Axtarışda olan şəxs hava limanında saxlanılıb
DAVAMIN OXU davamın oxu

Bakıda qadın əri və oğlu tərəfindən döyülüb

Bakıda qadın əri və oğlu tərəfindən döyülüb
DAVAMIN OXU davamın oxu