Əsas məzmuna keç

Xəzər dənizi ilə 23 kiloqramdan artıq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

Xəzər dənizi ilə 23 kiloqramdan artıq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Komandanlığının bölmələri və sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində külli miqdarda narkotikin...

Dövlət Xidmətinin Mühafizəsi Komandanlığının bölmələri və sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində külli miqdarda narkotikin dənizi ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında rejim qaydalarını pozan vasitəsinin axtarışı ilə bağlı sərhəd gəmiləri və sahil nəzarəti bölmələri tərəfindən aparılmış tədbirlər nəticəsində dənizdə 13 ədəd şübhəli bağlama müəyyən edilib.

Bağlamalara baxış zamanı ümumi çəkisi 23 kiloqram 745 (23 kq 475 qram marixuana, 270 qram tiryək) və 500 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…