Xarici ölkələrdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - YENİLƏNİB

Xarici ölkələrdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - YENİLƏNİB
03.12.2023 15:29
Aa
dəq

Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 3-də müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirib.

DİM-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, imtahanda iştirak etmək üçün ərizələrin qəbulu Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən aparılıb. Kompüter vasitəsilə elektron qaydada təşkil olunan imtahan DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında saat 10:00-da və 13:00-da olmaqla 2 növbədə keçirilib və bir saat davam edib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 299 nəfərdən 33 nəfər imtahana gəlməyib. Ərizəçi tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda imtahanın nəticələrinə dair arayış təqdim olunub. İmtahanda 111 nəfər müvəffəqiyyət əldə edib.

Qeyd edək ki, imtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunub. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün ən azı 15 bal toplaması tələb olunur.

İmtahanın məzmunu ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2023-cü il dekabr 4 və 5-də saat 14:00-dan 17:00-dək DİM-də (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) ərizə yazmalıdırlar. Ərizəyə ali təhsil haqqında diploma əlavənin (transkriptin) sürəti də əlavə ediməlidirlər.

***

Dekabrın 3-də Dövlət İmtahan Mərkəzi (DİM) xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirir. İmtahan DİM-in Nəsimi rayonu, Ə. Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (metronun “8 Noyabr” stansiyasının yanı) təşkil ediləcək. İştirakçılar imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli ilə birlikdə gəlməlidirlər.

DİM-dən  "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, imtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunacaq. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndiriləcək. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün azı 15 bal toplaması tələb olunur.

Təqdim edilən proqram üzrə ərizəçilərin ixtisas biliklərinin yoxlanılması ilə yanaşı, onların ümumpeşə biliklərinin müəyyən edilməsi və situasiya-mühakimə test tapşırıqları vasitəsilə davranış səriştələrinin qiymətləndirilməsi də nəzərdə tutulur.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur.

İmtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir. İxtisaslar üzrə proqramlar (“Müəllimlik”, “Mühəndislik”, “Hüquq”) DİM-in saytında yerləşdirilib.

Həftənin ən çox oxunanları

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıb

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıb
DAVAMIN OXU davamın oxu

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ
DAVAMIN OXU davamın oxu

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək
DAVAMIN OXU davamın oxu

Üç kollecə direktor təyin olunub - SİYAHI

Üç kollecə direktor təyin olunub - SİYAHI
DAVAMIN OXU davamın oxu

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
DAVAMIN OXU davamın oxu