Operativ Məlumat Mərkəzi

Xamenei Pezeşkianın seçkilərdə iştirakına icazə verib

1 dəq
Paylaş:
Xamenei Pezeşkianın seçkilərdə iştirakına icazə verib
2021-ci ildə İranda keçirilən əvvəlki prezident seçkilərində mərhum Rəisi qalib gələndə Pezeşkianın namizədliyi qadağan edilmişdi. İranda prezident...

İranın ali dini lideri Əli Xamenei seçici fəallığını artırmaq üçün yeganə islahatçı namizəd Məsud Pezeşkianın prezident seçkilərində iştirakına icazə verib.

Qeyd olunur ki, bu addım seçkilərin legitimliyini gücləndirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 2021-ci ildə İranda keçirilən əvvəlki prezident seçkilərində mərhum Rəisi qalib gələndə Pezeşkianın namizədliyi qadağan edilmişdi.

İranda prezident seçkiləri iyunun 28-də keçiriləcək. Birinci turda heç bir namizəd səs çoxluğunu qazanmasa, birinci turda ən çox səs toplayan iki namizəd iyulun 5-də keçiriləcək ikinci turda mübarizə aparacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər