Əsas məzmuna keç

Xaçmazda tanışını öldürməkdə təqsirləndirilən şəxs həbs edilib

Xaçmazda tanışını öldürməkdə təqsirləndirilən şəxs həbs edilib

Oktyabrın 31-də şəhər sakini, 1961-ci il təvəllüdlü Mafizə Şirinbalayevanın üzərində xəsarət izləri olan meyitinin yaşadığı fərdi yaşayış evində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü Şahin Əhmədovun oktyabrın 21-də aralarında yaranmış mübahisə zamanı tanışı Mafizə Şirinbalayevanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə başlanıb, Şahin Əhmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə qətimkan tədbiri seçilib.

Hazırda ibtidai davam edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…