Əsas məzmuna keç

“WhatsApp”la bağlı xəbərdarlıq

“WhatsApp”la bağlı xəbərdarlıq

WhatsApp hesablarının ələ keçirilməsi halları artıb. Elektron Təhlükəsizlik Xidmətindən vətəndaşlara xəbərdarlıq və tövsiyələr.

Son zamanlar kütləvi şəkildə “” və digər tətbiqlərdə istifadəçilərin hesablarının ələ keçirilməsi halları müşahidə edilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin vətəndaşlara müraciətində bildirilir.

Qurumun bu məsələ ilə əlaqədar apardığı ilkin araşdırma nəticəsində məlum olub ki, baş verən hal istifadəçilərə göndərilən OTP kodların beynəlxalq SMS daşıyıcıları səviyyəsində ələ keçirilməsindən qaynaqlanır. Hazırda Elektron Təhlükəsizlik Xidməti müvafiq qurumlarla birgə araşdırmanı davam etdirir.

"Elektron Təhlükəsizlik Xidməti vətəndaşları , e-poçt, ani mesajlaşma tətbiqləri, eləcə də digər onlayn platformalardakı hesabları üçün ikimərhələli təsdiqləmə funksiyasını mütləq qaydada aktivləşdirməyə çağırır. Vətəndaşlar tərəfindən geniş istifadə olunan bəzi tətbiqlər üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirməklə bağlı təlimatlarla bu linkə keçid edərək tanış olmaq mümkündür", - deyə müraciətdə qeyd olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…