“WhatsApp”da telefon nömrəsini paylaşmaq öhdəliyi artıq ləğv olunur.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yeniliyə əsasən artıq kiminləsə yazışmaq üçün ona mobil nömrənizi vermək məcburiyyətində olmayacaqsınız. Bunun üçün digər sosial şəbəkələrdəki kimi istifadəçi adını vermək kifayət edəcək.
Yeni beta versiyasa istifadəçilərə istifadəçi adı təyin edərkən spam və arzuolunmaz qarşılıqlı əlaqəni məhdudlaşdırmaq üçün PİN kodu təyin etməyə də imkan verəcək.
“WhatsApp” istifadəçilərə üç məxfilik seçimi təklif edəcək.
Beləliklə, istifadəçilər mobil telefon nömrələrini kiminlə paylaşmaq istəmədiklərinə özləri qərar verəcəklər.
Daha bir məxfilik seçimi isə dörd rəqəmli PİN kodu olan istifadəçi adıdır. Bu funksiyanı aktiv etdiyiniz zaman yalnız bu PİN kodu bilən istifadəçilər sizə mesaj göndərə biləcəklər.