Əsas məzmuna keç

Vyetnamda yanğın baş verib, ölənlər var

Vyetnamda yanğın baş verib, ölənlər var

Vyetnamın paytaxtı Hanoyda yaşayış binasında baş verən yanğın nəticəsində azı 14 nəfər ölüb, 6 nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Yanğınsöndürənlər 24 nəfərin olduğu binada yanğına müdaxilə edərkən, binanın eni 2 metr olan dar küçədə yerləşməsi yanğının söndürülməsini çətinləşdirib. Səlahiyyətlilər yanğının binanın 1-ci mərtəbəsində yerləşən elektrik velosiped mağazasında baş verdiyini qiymətləndirib və ətraflı araşdırma başlandığını açıqlayıb.

Xatırladaq ki, Vyetnam Baş Statistika İdarəsinin məlumatına görə, bu ilin ilk dörd ayında ölkədə ümumilikdə 1555 yanğın və partlayış baş verib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…