İranın Silahlı Qüvvələrinin bütün komandanlıq heyəti sağdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Ordunun baş komandanı general-leytenant Əmir Hatəmi tam sağlamdır və qoşunlara komandanlıq etməyə davam edir.
Agentliyin xəbərində bildirilir ki, hərbi rəhbərliyin həyatı və sağlamlığı ilə bağlı heç bir problem yoxdur.
Hazırda bütün yüksək rütbəli zabitlərin və komandanlıq heyətinin öz vəzifələrinin başında olduğu vurğulanır.