Voronej vilayətində sənaye müəssisəsində pilotsuz təyyarənin qəzaya uğraması nəticəsində yanğın baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Qusev öz Teleqram kanalında məlumat yayıb.
O izah edib ki, pilotsuz təyyarə qəzaya uğrayan zaman sənaye binasının birinci mərtəbəsində kiçik yanğın baş verib.
Qusev hadisədə can itkisinin olmadığını, yanğınsöndürmə briqadalarının hadisə yerində çalışdığını açıqlayıb.