Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ İranla müharibəyə gündə nə qədər vəsait xərcləyir?

2 dəq
Paylaş:
ABŞ İranla müharibəyə gündə nə qədər vəsait xərcləyir?

ABŞİsrailin 28 fevral tarixində İrana qarşı başlatdığı genişmiqyaslı əməliyyatlar təkcə sahədə deyil, həm də qlobal iqtisadi müstəvidə ciddi nəticələr doğurmağa başlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM”-in "Haber Global"a istinadən verdiyi məlumata görə, mütəxəssislərin ilkin hesablamaları əməliyyatların ilk 24 saatında istifadə edilən sursat, qırıcı təyyarələrin uçuşları və bölgəyə hərbi göndərişlər üçün milyardlarla xərcləndiyini göstərir.

Qeyd olunub ki, ABŞ ordusu İrana qarşı hərbi əməliyyatın ilk sutkasında 779 milyon dollar xərcləyib.

Eyni zamanda, təyyarələrin və onlarla dəniz gəmisinin bölgədə yerləşdirilməsi əlavə 630 milyon dollara başa gəlib. Regiondakı hər bir təyyarədaşıyan qrupunun gündəlik istismar xərcləri təxminən 6,5 milyon dollar təşkil edir. İlk gündən bəri ümumi xərcin 2.276.000.000 dollar olduğu bildirilir.

Vurğulanıb ki, müharibənin maliyyə yükü olduqca ağırdır: dəyər 9,16 milyon dollar, gündəlik dəyəri isə təxminən 220 milyon dollar səviyyəsindədir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax