ABŞ vitse-prezidenti Cey Di Vens 2026-cı il Qış Olimpiya Oyunlarının açılış mərasimindən sonra Azərbaycan və Ermənistana rəsmi səfər etməyi planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Associated Press (AP) agentliyi xəbər yayıb.
ABŞ Dövlət Departamentinin açıqlamasına əsasən, ABŞ nümayəndə heyəti fevralın 4-dən 7-dək İtaliyada səfərdə olacaq. Səfər çərçivəsində keçiriləcək tədbirlərdə yüksək səviyyəli görüşlərin nəzərdə tutulduğu bildirilir.
Nümayəndə heyətinin tərkibinə ABŞ Dövlət katibi Mark Rubio da daxildir.
Qeyd edək ki, 2026-cı il Qış Olimpiya Oyunlarının açılış mərasimi fevralın 6-da keçiriləcək. Açılışdan sonra vitse-prezidentin region ölkələrinə səfəri gözlənilir.