Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüş keçirib

2 dəq
Paylaş:
Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüş keçirib

Prezidentinin xüsusi nümayəndəsi və Cared İranla aparılan danışıqlar çərçivəsində Tennessi ştatındakı Oak Ridc Milli Laboratoriyasında məsləhətləşmələr keçiriblər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Nəşrin yazdığına görə, Oak Ridcdə keçirilən görüş Vaşinqton və Tehran arasında razılaşmanın mütləq əldə olunacağı anlamına gəlmir. Bununla belə, bu addım danışıqların ciddi mərhələyə daxil olduğunu və tərəflərin mümkün nəticələrə hazırlaşdığını göstərir.

“Bu, razılaşmanın baş tutacağı demək deyil. Lakin danışıqların çox ciddi mərhələdə olduğuna, uğur əldə etmək üçün real imkanların mövcudluğuna və buna hazır olmaq istədiyimizə işarədir”, – deyə adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bildirib.

Məqalədə qeyd olunur ki, Vitkoff və Kuşner Oak Ridcdə daha əvvəl Omanda İranla aparılan danışıqlarda iştirak etmiş mütəxəssisləri ilə də görüşüblər.

ABŞ rəsmisinin sözlərinə görə, məsləhətləşmələrdə İranla mümkün razılaşmanın texniki aspektlərinin həyata keçirilməsi üzrə təcrübəyə malik aparıcı amerikalı nüvə mütəxəssisləri iştirak ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax