Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis polkovniki Samir Məcidov tutduğu vəzifədən azad edilib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin digər əmrinə əsasən, Samir Məcidov Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə rəis təyin olunub.