Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Viktor Orban: Zelenski "Drujba" kəmərini bilərəkdən açmır

2 dəq
Paylaş:
Viktor Orban: Zelenski "Drujba" kəmərini bilərəkdən açmır

Macarıstanın Orban Prezidenti Volodimir Zelenskinin Drujba boru kəməri ilə neft tədarükünü etməməsinin Macarıstanın enerji təhlükəsizliyini təhdid etməyə davam etdiyini bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

O, neft tədarükünün dərhal bərpa edilməli olduğunu vurğulayıb.

"Biz boru kəmərinin işlək vəziyyətdə olduğunu bilirik. Zelenskinin siyasi qərarı səbəbindən Macarıstana neft tədarükünün bərpa olunmadığını da bilirik. Zelenski Brüsseldən yan keçərək boru kəmərinin bərpasının mümkün olmadığını iddia edir", - Orban qeyd edib.

Macarıstanın Baş naziri həmçinin əlavə edib ki, Ukrayna Prezidentinin Avropa İttifaqı və onun üzv dövlətləri qarşısında öhdəliklərini yerinə yetirməsi və neft kəmərinin fəaliyyətini bərpa etməsi gözlənilir.

Orban bu gün slovakiyalı həmkarı Fiko ilə bu məsələ ilə bağlı danışıqlar aparacağını bildirib.

Robert Fiko fevralın 24-də neft təchizatında yaranan fasilələrə görə Slovakiyanın Ukraynaya təcili elektrik enerjisi təchizatını dayandırdığını açıqlamışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax