Göygöl Mənzil-Kommunal Təsərrüfat İstehsalatı Birliyinin rəisi vəzifəsinə təyinat olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev müvafiq sənəd imzalayıb.
Sənədə əsasən, həmin vəzifəyə Vətən müharibəsi iştirakçısı Rəhimov Pərvin Arif oğlu təyin edilib.
O, iyul ayından etibarən sözügedən qurumda Abonent şöbəsinin qrup rəhbəri vəzifəsində çalışıb.