Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Cənubi Koreyanın keçmiş prezidentinə 7 illik həbs verildi

2 dəq
Paylaş:
Cənubi Koreyanın keçmiş prezidentinə 7 illik həbs verildi

Cənubi Koreyanın Ali Məhkəməsi keçmiş Yoon Suk Yeol barəsində çıxarılan 7 həbs cəzasını qüvvədə saxlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qərar 2024-cü ildə ölkədə qısa müddətli vəziyyət elan etmək cəhdi ilə bağlı açılan üzrə verilib.

Məlumata görə, Ali aşağı instansiya məhkəməsinin qərarında qanunun yanlış tətbiq edilmədiyini bildirib.

Bildirilib ki, Seul Ali Məhkəməsi bu ilin aprel ayında Yoon Suk Yeolun həbs cəzasını 5 ildən 7 ilə qaldırmışdı. Məhkəmə keçmiş prezidenti sənədləri saxtalaşdırmaqda, hərbi vəziyyət elan edilməsi üçün tələb olunan hüquqi prosedurlara, o cümlədən Nazirlər Kabinetinin rəsmi iclasının keçirilməsi tələbinə əməl etməməkdə, həmçinin xarici media orqanlarına yalan məlumat yaymaqda təqsirli bilib.

Qeyd olunub ki, Yoon Suk Yeolun vəkilləri qərardan sonra Konstitusiya Məhkəməsinə müraciət edərək konstitusiya şikayəti verəcəklərini açıqlayıblar.

Məlumata əsasən, prokurorluq keçmiş prezident üçün 10 il həbs cəzası tələb etmiş, onu vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və ictimaiyyətə zərər vurmaqda ittiham etmişdi.

Qeyd edək ki, 65 yaşlı Yoon Suk Yeol fevral ayında hərbi vəziyyət elan etməklə bağlı qiyam təşkil etməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına da məhkum edilib. O, 2025-ci ilin iyul ayından həbsdə saxlanılır və hazırda daha yeddi müxtəlif məhkəmə prosesi ilə üz-üzədir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax